PARADOKS

AKTUAL

MONEYVAL-dan Azərbaycana müsbət qiymət

6-12-2018, 18:17
  •     
  • Ölkə |
  •  Oxunma: 10

MONEYVAL-dan Azərbaycana müsbət qiymət Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirib. Bu haqda məlumat Maliyyə Monitorinqi xidmətindən verilib. Məlumatda deyilir ki, cari ilin 5 dekabr tarixində Avropa Şurasının MONEYVAL Komitəsinin
57-ci plenar iclası çərçivəsində Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilmişdir.

Müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilmişdir. Həmçinin ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilmiş, hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanmışdır.

Bununla da, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilmişdir.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI