PARADOKS

AKTUAL

XƏBƏRDARLIQ! Hava şəraiti qeyri-sabit keçəcək - Yağış, sulu qar və qar yağacaq

21-11-2018, 09:09
  •     
  • Ölkə |
  •  Oxunma: 56

XƏBƏRDARLIQ! Hava şəraiti qeyri-sabit keçəcək - Yağış, sulu qar və qar yağacaq Noyabrın 21-dən 25-dək ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Demokrat.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.


Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.



Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI