PARADOKS

AKTUAL

Putindən sərt xəbərdarlıq: “Cavabsız qoymayacağıq”

20-11-2018, 06:37
  •     
  • Ölkə |
  •  Oxunma: 20

Putindən sərt xəbərdarlıq: “Cavabsız qoymayacağıq” Rusiya ABŞ-ın orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını cavabsız qoymayacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdiyi müşavirədə deyib.

Bununla yanaşı o qeyd edib ki, Moskva məsələ ilə bağlı amerikalı tərəfdaşlarla dialoq aparmağa hazırdır.

“Güman edirik ki, onlar buna tam məsuliyyətlə yanaşacaqlar. ABŞ-ın sözügedən müqavilədən çıxması şübhəsiz ki, tərəfimizdən cavabsız qala bilməz və qalmayacaq”, – deyə o vurğulayıb.

Putin onu da əlavə edib ki, hazırda Rusiya istənilən raket əleyhinə müdafiə sistemini yara biləcək hiper səs silaha malikdir.

Qeyd edək ki, oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və yaxın mənzilli raketlər haqqında Müqavilədən çıxmasını istədiyini bəyan edib. Müvafiq sənəd 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. (Oxu.az)


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI