PARADOKS

AKTUAL

Şrek haqqında maraqlı faktlar

19-11-2018, 09:35
  •     
  • Ölkə |
  •  Oxunma: 31

Şrek haqqında maraqlı faktlar Hamımızın "Shrek" kimi tanıdığı cizgi qəhrəmanı əslində peşəkar güləşçi olub.

1903-cü ildə Fransada doğulan güləşçi 14 dildə danışa bilib. Anası o dövrün məşhur dil professoru, atası isə dəmir yolu mühəndisi olub.

Söhbət Maurice Tilletdən gedir. Tillet atasını çox gənc yaşlarında itirib. Uşaq olanda mələyi xatırladan üzünə görə, "Mələk" deyə çağırılırdı. 1917-ci ildə Tillet və anası inqilab olduğu üçün Rusiyanı tərk edib və Fransaya köçüblər. Tillet 1940-cı ildə ən böyük güləş ulduzuna çevrilib. Görünüşündən fərqli olaraq o, xoşxasiyyət insan olub.

O, 20 yaşında akromelaqiya xəstəliyinə yoluxub. Bu xəstəliyin ən əsəs göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir. Şrek cizgi filminin Şrek obrazı da məhz bu insanın əsasında canlandırılıb.

"Mələk" ləqəbli Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI