PARADOKS

AKTUAL

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

18-11-2018, 21:30
  •     
  • Ölkə |
  •  Oxunma: 39

Tatlısəsi azərbaycanlı həkim sağaltdı Azərbaycanlı loqoped Esmria Kazımova Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsi sağaldıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tatlısəs özü sosial şəbəkədə yazıb:

“Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar evrdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.

Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni iflic olmuş və nitqində problemlər yaranmışdı.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI