PARADOKS

AKTUAL

Vəfatından 15 il sonra Atatürkü görən adamın danışdıqları heyrət doğurdu

9-11-2018, 13:03
  •     
  • Ölkə |
  •  Oxunma: 20

Vəfatından 15 il sonra Atatürkü görən adamın danışdıqları heyrət doğurdu “Atatürkün üzünü gördüm, heç dəyişməmişdi”

Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri Yekta Güngör Özden Atatürkün nəşinin Ankarada Etnoqrafiya muzeyindən Anıtkabire gətirildiyi gün barədə danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəfn mərasimində səlahiyyətli 10 şəxsdən həyatda qalan Yekta Güngör Özden 10 noyabr 1953-cü ildə yaşadıqlarını belə xatırlayır: “Etnoqrafiya muzeyində tabut açıldı, içindən polad tabut çıxarıldı. Polad tabutu kəsəndə Atatürkün üzünü gördüm, heç dəyişməmişdi. Elə bil üzü təzə təraş olunmuşdu, baxışları eyni idi. Həmin vaxtlar hüquq fakültəsinin tələbəsi idim. Atatürkü Anıtkabire aparanda yüzlərlə insan vardı yollarda. Amma bir ayaq səsləri, bir də hıçqırıq eşidilirdi”.

Bir dərnəyin keçirdiyi tədbirdə çıxış edən Yekta Güngör Özden həmin gündən danışarkən salonda duyğulu anlar yaşanıb.

Nigar CƏFƏR

AzNews.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI