PARADOKS

AKTUAL

Fədayə Laçın 6 illik cəzadan etiraz etdi -bu xəstəlikdən əziyyət çəkir

8-11-2018, 18:23
  •     
  • Ölkə |
  •  Oxunma: 60

Fədayə Laçın 6 illik cəzadan etiraz etdi -bu xəstəlikdən əziyyət çəkir Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın dövlət ittihamçısının istədiyi cəza ilə razı deyil.

Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nürəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçının səhhətində problemlər qalmaqdadır: "Hepatit xəstəliyindən əziyyət çəkir, təcridxana şəraitində müalicəsi davam etdirilir. Dövlət ittihamçısı ötən məhkəmə prosesində ona 6 il cəza istədi. Fədayə bu cəza ilə razı deyil. Prokuror onun ittiham olunduğu maddənin maksimum cəza müddətini istədi. Fədayənin ittiham olunduğu maddəyə görə ona 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Bu o demək deyil ki, nəzərdə tutulan maddəyə görə ən ağır cəza verilməlidir. Prokuror iki ildən 6 ilə qədər cəzanı istəyə bilərdi, amma o heç nəyi nəzərə almadan birbaşa ən ağır - 6 il cəzanı istədi. Fədayə də bu cəza ilə razı deyil".

N.Qarayeva bildirib ki, növbəti məhkəmədə təqsirləndirilən şəxslər və onların vəkillərinin müdafiə çıxışları olacaq.

Vəkil qeyd edib ki, F.Laçının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "Saxlanma şəraiti yüksək səviyyədədir, heç bir şikayəti yoxdur. Görüşmək istəyəndə müraciət edirik və görüş təşkil edilir".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI