PARADOKS

AKTUAL

Saakaşvili: “Bəzən anam pul göndərir”

23-10-2018, 01:06
  •     
  • Ölkə |
  •  Oxunma: 30

Saakaşvili: “Bəzən anam pul göndərir” Mixail Saakaşvili Ukraynanın “1+1” televiziyasına müsahibəsində Amsterdamda nəyin hesabına yaşadığını açıqlayıb.

Axar.az xəbər verir ki, siyasətçi Amsterdamda yerli supermarketdən ərzaq aldığını, yerli idman zallarından birinə getdiyini və şəhərdə velosipedlə hərəkət etdiyini bildirib. O, ailəsininin maliyyə problemlərinin olduğunu və bunun öhdəsindən gəlməyə ona anası, 71 yaşlı Qiuli Alasaniyanın yardım etdiyini bildirib:

“O, Gürcüstanda kifayət qədər gəlir əldə edir ki, özünü, həyat yoldaşımı və oğlumu saxlaya bilsin. Bəzən mənə də yardım edir”.

Qeyd edək ki, Saakaşvilinin anası Gürcüstanın orta əsrlər mədəniyyəti üzrə mütəxəssisi və türkoloqdur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI