PARADOKS

AKTUAL

Jurnalistlə satıcı arasında insident: Xeyir ola çəkirsən məni?

23-10-2018, 01:00
  •     
  • Ölkə |
  •  Oxunma: 28

Jurnalistlə satıcı arasında insident: Xeyir ola çəkirsən məni? Açıq hava şəraitində satışa çıxarılan belə məhsullar havadakı insan orqanizminə zərərli qazları və bir çox virusları özünə çəkir.

Satıcı: “Xeyir ola çəkirsən məni? Sənədini göstər mənə”.

Bu yerdə deyirlər: oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.

Belələrini bağırdan isə satışa çıxardıqları toyuq məhsularının mənşəyi və ümumiyyətlə harada yoxlanması ilə bağlı sualların cavablarının olmamasıdır.

Təbii ki, işini normal şəkildə quran sahibkarlar da var.

Satıcı: “Bax bu da sənədlər. Ət bizə gətirilir, sənədlərini yoxlayırıq. Sənədləri olanları alırıq, olmayanları isə qəbul etmirik”.

Göründüyü kimi sənədlər qaydasında olduqda peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərə hücum çəkməyə də ehtiyac qalmır. Müşahidələr zamanı açıq havada satışa çıxarılan balıq məhsullarının da ciddi təhlükə mənbəyi olduğunu məlum oldu. Gigiyenik qaydalara riayət olunmayan bu cür yerlərdə icazə sənədlərindən danışmağa təbii ki, dəyməz. Toyuq və balıq məhsulları kimi heyvan əti satışında da problemlər az deyil.

Satıcı: “Biz qoyunu öz qapımızda kəsirik. Heyvanı qida təhlükəsizliyi idarəsinin ayırdığı yerlərdə kəsib gətiririk burda satırıq”.

Qida Təhükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edir. Agentliyin nümayəndəsi ARB Xəbərə açıqlamasında yol kənarında satılan ət və ət məhsullarının gözlə görünməyən zərərli tərəflərindən danışdı.

Səidə Səmədova – AQTA-nın şöbə müdiri: “Ət və ət məhsulları xüsusi riskli qidalar sinfinə daxildir. İnsanlar fikirləşə bilərlər ki, gözümüzün qabağında kəsilmiş ətlərdir, təmizdi, alıram. Amma, xüsusilə yol kənarlarında satılan ət və ət məhsulları, süd və süd məhsulları zərərli virusları sürətlə özünə çəkir. Bu isə çox təhlükəlidir”.

Bu satış nöqtələrində qanuna zidd hallarla rastlaşanlar və ya qidanın tərkibi, mənşəyi ilə bağlı şübhəli məqam aşkar edənlər Qida Təhlükəsizliyin Agentliyinin 1003 qaynar xəttinə zəng vurub məlumat verə bilərlər.https://www.bizimyol.info/az/news/112368.html


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI