PARADOKS

AKTUAL

"Bakı Metropoliteni" QSC_Berlin sərgisində

17-10-2018, 13:01
  •     
  • Ölkə, İqtisadiyyat |
  •  Oxunma: 156


Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu
beynəlxalq "İnnotrans" sərgisi keçirilib. Əsasən, dəmiryolu nəqliyyatında son
yeniliklərin nümayiş etdirildiyi sərgidə metropolitenin istismarı, tunel tikintisi
sahəsındə yeni texnologiyalar üstünlük təşkil edib. Təkcə onu qeyd edək ki,
ümumi uzunluğu 3500 m-ə bərabər olan relslər üzərində lokomotivlər, müxtəlif
dəmir yolu avadanlığı və qurğuları nümayiş etdirilib.
“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanovun
rəhbərliyi ilə 5 nəfərdən ibarət nümayəndə heyəti sərgidə təqdim edilən yeniliklərlə
tanış olub.
Son illər dünyanın aparıcı texnologiyalarının tətbiqini ildən-ilə daha da
genişləndirən "Bakı Metropoliteni"QSC-nin mütəxəssisləri bu sərgidə nümayiş
etdirilən dəmir yollarına texniki xidmət, işarəvermə, rabitə, tunel tikintisi
texnologiyaları, hərəkətin təşkili, sərnişinlərə xidmət sahəsində son yeniliklərlə
maraqlanıblar.
Nümayəndə heyətinin rəhbəri "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş
mühəndisi Əlixan Osmanov səfərin səmərəli və məhsuldar keçdiyini qeyd edib.
Ənənəyə görə hər iki ildən bir keçirilən sərgi qarşılıqlı əlaqələrin
genişləndirilməsində, dünya təcrübəsinin öyrənilməsində böyük əhəmiyyət kəsb
etməklə yanaşı, qabaqcıl texnika və yeni texnologiyaların tətbiqində "Bakı
Metropoliteni" QSC-nin doğru yolda olduğunu əyani nümayiş etdirib. Bu xüsusda
sərgi pavilyonlarının birində dəmiryollarının diaqnostikasından bəhs edən
videoçarxın əsas hissəsinin 2015-ci ildə Bakı metropolitenində istismara verilmiş
metropoliten infrastrukturunun çoxfunksiyalı diaqnostika kompleksinə həsr
olunmasını qeyd etmək mümkündür. Ümumiyyətlə, son illərdə yeni
texnologiyaların mənimsənilməsi sahəsində, Bakı metropoliteninin ən böyük

uğurlarından biri kimi, diaqnostika kompleksi get-gedə daha çox diqqət çəkir.
Onun işi ilə Rusiya, İtaliya, Hindistan, Gürcüstan mütxəssisləri maraqlanıblar.
Bakılı mütəxəsislər üçün bu sərgidə iştirak etməyin başqa bir əhəmiyyətli cəhəti
işgüzar əlaqələrin qurulduğu xarici şirkətlərin, eləcə də məhsulları diqqət çəkən
müəssisələrin nümayəndələri ilə işgüzar görüşlərdə, bəzi sual doğuran məsələləri
həll etmək imkanı idi.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun yanında sərgi ilə bağlı
keçirilən müşavirədə Berlin səfərinin nəticələri müzakirə olunub, Bakı metrosunda
tətbiqi münasib bilinən innovasiyaların siyahısı təsdiq edilib və yeniliklərin həyata


keçirilməsi üçün görüləcək işlər müəyyənləşdirilib.

"Bakı Metropoliteni" QSC_Berlin sərgisində
"Bakı Metropoliteni" QSC_Berlin sərgisində"Bakı Metropoliteni" QSC_Berlin sərgisində
"Bakı Metropoliteni" QSC_Berlin sərgisində


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI