PARADOKS

AKTUAL

İki öğlunu eyni gündə əsgər yola salan ata: - Qürur duyuram

11-10-2018, 13:54
  •     
  • Ölkə |
  •  Oxunma: 113

 İki öğlunu eyni gündə əsgər yola salan ata: - Qürur duyuram “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli 465 nömrəli Sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənə ilə hərbi xidmətə yola salınması mərasimlərinə başlanılmışdı. Bu gün respublikamızın digər rayonlarında olduğu kimi, Salyan rayonunda da hərbi xidmətə yola salınma mərasimi təntənə ilə qeyd edildi.
Bununla bağlı tədbirdə Salyan rayonunun İH-nin başcısı Sevindik Hətəmov və hüquq-muhafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, hərbi xidmətə yola salınanların valideynləri iştirak etdilər.
Tədbiri giriş sözu ilə rayonun hərbi komissarı palkovnik Əqid Bayroyev acdı. Palkovnik Ə.Bayroyev əskərlərimizə xeyir dua verərək, onlara Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şanlı tarixindən danışdı, ölkəmizin güclu orduya və muasir texniki silahlara malik olması barədə məlumat verdi və bildirdi ki, aprel döyüşlərini unutmaq olmaz. Bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir.İki öğlunu eyni gündə əsgər yola salan ata: - Qürur duyuram
İki öğlunu eyni gündə əsgər yola salan ata: - Qürur duyuram
İki öğlunu eyni gündə əsgər yola salan ata: - Qürur duyuram
İki öğlunu eyni gündə əsgər yola salan ata: - Qürur duyuram
Salyan rayonunun İH-nin başçısı Sevindik Hətəmov əskər gedən gənclərin valideyinlərini bu gun munasibəti ilə təbrik etdi və qeyd etdi ki, bu gün dünyada baş verən hadisələr təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra, güclü ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladı. Məhz ümummilli liderimizin uzaqgörənliyi və qətiyyəti sayəsində qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Ordu quruculuğuna diqqət və qayğını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən də çoxdur. Ən müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş Milli Ordumuz Ali Baş Komandanın əmri ilə istənilən anda torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu aprel döyüşlərində keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübuta yetirdi.
Daha sonra, iki oğlunu bir gundə hərbi xidmətə yola salan Salyan rayon Şorsulu kənd sakini Yaqub Mehdiyev əskər gedən gənclərə xeyir dua verərək, oğullarının Vətənə, xalqına xidmət etdiyinə görə qürür duyduğunu bildirdi və hərbi xidmətə yola salınan gənclərə yüksək dəyanətli, əzmkar olmağı, komandirlərin əmrlərinə sözsüz tabe olmağı tövsiyə etdi.
Sonda rayon İcra başcısı S. Hətəmov əskər gedən oğullarımıza qol saatı hədiyyə edərək, onlara uğur dilədi.
Fuad QƏHRƏMANOV. Təzəxəbər.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI