PARADOKS

AKTUAL

“Bu il rekord sayda gənc tələbə adı qazanıb”

11-10-2018, 13:48
  •     
  • Ölkə |
  •  Oxunma: 56

“Bu il rekord sayda gənc tələbə adı qazanıb” “Bu il rekord sayda Azərbaycan gənci tələbə adı qazanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Təhsil Sərgisindəki çıxışında deyib. Nazir bildirib ki, ölkəmizin ali təhsil və təlim üzrə göstəriciləri 10 pillə irəliləyərək 68-ci yerdə, innovasiyalar üzrə isə 11 pillə irəliləyərək 33-cü yeri tutub:

“Ən mühüm nailiyyətlərdən biri məktəbə hazırlıq yaşına çatmış uşaqların təhsilə cəlb edilməsi göstəricisidir. 4 il bundan əvvəl birinci sinif şagirdlərinin sadəcə 25%-ə qədəri məktəbəqədər hazırlıqdan keçmişdisə, ötən il bu göstərici 65%-ə, bu il isə 75%-ə yüksəlib.

Müasir dünyada, müasir cəmiyyətimizdə yalnız sinif daxilində akademik proqramların tətbiqi vasitəsilə hərtərəfli vətəndaşın formalaşması kifayət qədər mürəkkəbdir. Bu baxımdan məktəbdən kənar fəaliyyətin düzgün təşkil edilməsi mənəvi və fiziki cəhətdən sağlam müasir düşüncəli yeni nəsil gənclərin formalaşmasında olduqca vacibdir”.

Nazir onu da vurğulayıb ki, son illərdə ali təhsilin əhatəliyinin genişlənməsinin və keyfiyyətin qalxması müşahidə olunur:

“Bu il rekord sayda, 41 minə yaxın Azərbaycan gənci tələbə adı qazanıb. Onlardan 3127 nəfəri 600-dən yüksək bal toplayıb, 29 nəfəri isə maksimal nəticə göstərib.

Eyni amanda ölkənin iqtisadi inkişafı baxımından peşə təhsili sahəsi vacibdir. Bu sahədə də son illər sistemli islahatlar həyata keçirilir və uğurlar əldə edilib”.

Qeyd edək ki, Beynəlxalq Təhsil Sərgisi 3 gün davam edəcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI