PARADOKS

AKTUAL

Azərbaycanda həbs edilən iranlı həkimlərin apellyasiya şikayətinə baxılır

25-09-2018, 12:52
  •     
  • Ölkə |
  •  Oxunma: 11

Azərbaycanda həbs edilən iranlı həkimlərin apellyasiya şikayətinə baxılır Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Jahani Hiveh Hamid Mohammad 7 il və Ghahremani Hafez Habib 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Şikayət həmin hökmdən verilib.

Bakı Apellyasiya Məhkəməsin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib, baxış iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, İran vətəndaşı olan Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışır. O, hazırlıq iclasında məhkəmə zalında həbs olunub.

Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, adıçəkilən şəxslər dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə qanunsuz gətiriblər.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI