PARADOKS

AKTUAL

Bakıda dünyanın ən böyük ikinci palçıq vulkanı püskürdü – 80 metrlik çatlar yarandı – Video

24-09-2018, 12:46
  •     
  • Ölkə |
  •  Oxunma: 20

Bakıda dünyanın ən böyük ikinci palçıq vulkanı püskürdü – 80 metrlik çatlar yarandı – Video Paytaxtın Qaradağ rayonunda palçıq vulkanı püskürüb.
Vulkanın püskürməsi nəticəsində yaranan alovun hündürlüyü 200 metrə qədər yüksəlib.

Rayon ərazisində yerləşən Otman-Bozdağ palçıq vulkanının püskürməsi səbəbindən yaranan çatların dərinliyi bəzi yerlərdə 80 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev deyib ki, ətraf ərazilər üçün hər hansı bir təhlükə yoxdur.

Ceyhun Paşayev onu da qeyd etdi ki, vulkan yaşayış sahəsindən uzaqda yerləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə araşdırmalarını davam etdirir. Təhlükəsizlik nöqteyi-nəzərindən əraziyə kənar şəxslərin buraxılması məhdudlaşdırılıb.

Qeyd edək ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI