PARADOKS

AKTUAL

Oqtay Əsədov Küveyt Millət Məclisinin sədri ilə görüşüb

22-09-2018, 23:25
  •     
  • Ölkə |
  •  Oxunma: 64

Oqtay Əsədov Küveyt Millət Məclisinin sədri ilə görüşüb Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, Azərbaycan Küveytlə münasibətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycanın və Küveytin dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Lakin iqtisadi sahədə əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə işləmək lazımdır.

Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini qənaətbəxş hesab edib. Milli Məclisin sədri bildirib ki, Küveyt bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim deyib ki, Azərbaycan və Küveyt hər zaman bir-birinin yanındadır. Küveyt rəhbərliyi, parlamenti, hökuməti və xalqı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar Küveyt xalqını da sevindirir. O vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən sülh yolu ilə həllinin tərəfdarıdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI