PARADOKS

AKTUAL

Adi predmetləri “ağıllı” qurğulara çevirən sensorlar hazırlanıb

22-09-2018, 22:47
  •     
  • Ölkə |
  •  Oxunma: 63

Adi predmetləri “ağıllı” qurğulara çevirən sensorlar hazırlanıb ABŞ alimləri məişət predmetlərinə bərkitdikdə onları “ağıllı” qurğulara çevirən passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanları hazırlayıblar. SİA-nın xəbərinə görə, mis folqadan hazırlanmış metal nişanlar incə kağız üzərində çap edilib və Wi-Fi siqnalları ilə işləyir. Nişanlar Wi-Fi marşrutlayıcısından ötürülən radiosiqnalları əks etdirən “güzgü”lərə bənzəyir. İstifadəçi bu nişanlara toxunduqda Wi-Fi qəbuledicisi siqnalı tuta bilir.

Nişanları insanların hər gün istifadə etdikləri əşyalara (məsələn, su butulkası, divar, qapı və s.) bərkitmək mümkündür. Passiv nişanlar yalnız Wi-Fi tezliklərinin diapazonu daxilində müəyyən siqnalların əks edilməsi üçün nəzərdə tutulub. Lakin tədqiqatçılar nişanların hazırlandığı materialın tipini və çap formasını dəyişdirməklə, onların mobil siqnalları və ya “Bluetooth”, “LTE” siqnallarını əks etdirmələrini təmin edə bilərlər. Nişanlar batareya, silisium çip və ya hər hansı diskret elektron komponentə malik olmadıqlarına görə, baxım tələb etmirlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI