PARADOKS

AKTUAL

Azərbaycan Respublikası və İsrail Dövləti arasında ikitərəfli əlaqələr

14-09-2018, 21:03
  •     
  • Ölkə |
  •  Oxunma: 118

Azərbaycan Respublikası və İsrail Dövləti arasında ikitərəfli əlaqələr Azərbaycan ilə İsrail arasında münasibətlərin tarixi çox da uzaq keçmişə dayanmasa da, lakin xalqlarımız arasında əlaqələrin əsrlərlə yaşı vardır.
Hər iki dövlət müstəqilliyini iyirminci əsrdə əldə etmişdir, lakin azərbaycanlılar və yəhudilər arasında hər zaman xoş, mehriban münasibətlər mövcud omuşdur.

25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 28 yanvar 1995-ci ildə Prezident Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin Xarici İşlər Naziri Şimon Pereslə, elə həmin il 22 oktyabrda BMT Baş Məclisinin iclasında İsrailin Baş Naziri İshaq Rabinlə, 11 yanvar1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq Baş Naziri olan Şimon Pereslə, 2 dekabr1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. 29 avqust1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb.

Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır.” Prezident Heydər Əliyev 18 noyabr1999-cu il tarixdə Türkiyədə ATƏT-in sammitində İsrailin Baş Naziri Ehud Barakla görüşüb. İki ölkə arasında yaranmış münasibətlərdən bəhs edə Azərbaycan Prezidenti bildirib: “Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir.” 2000-ci ilin 6 sentyabrında Prezident Heydər ƏliyevABŞ-da İsrailin Baş naziri Ehud Barakla yenidən görüşüb. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə, əsasən də Şimon Pereslə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev və Şimon Peres 2006-cı ilin iyun ayında Astanada ( Ş. Peres o zaman İsrail Baş Nazirinin müavini idi), 10 avqust 2008-ci il tarixindəPekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı və 30 yanvar 2009-cu ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər. 28-29 iyun 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail Prezidenti Şımon Peresin səfəri zamanı Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur.
Bu günlərdə İsrail müdafiə naziri A.Libermanın ölkəmizə səfəri də olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, Azərbaycana qarşı təcavüzkar Ermənistan tərəfindən müharibə ritorikasının artdığı, baş nazir Paşinyanın məsuliyyətsiz bəyanatlarla çıxış etdiyi, işğalçı ordunun təlimlər keçirdiyi bir vaxtda dünyanın ən qüdrətli hərbi sənaye kompleksinə malik olan dövlətlərdən birinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ordusunun döyüş qabiliyyətini artıran texnika və silah-surstala təchiz edən, ordumuzu müasir silah növləri ilə təmin edən dövlətin müdafiə nazirinin səfəri həm təcavüzkar Ermənistana tutarlı diplomatik demarş xarakteri daşıyır.
Bu da səbəbsiz deyildir. Qeyd etdiyimiz kimi Qərb mədəniyyətindən kənarda Azərbaycan və İsrail yeganə ölkələrdəndir ki, yəhudilər, müsəlmanlar və xristianlar yanbayan sülh və əminamanlıq içində yaşaya bilirlər. İsrail Demokratiya İnstitutunun sorğuları ümumi olaraq göstərir ki, demokratiya və din məsələsi israillilərin əksəriyyəti üçün bərabər məna daşıyır. 2012-dən bəri Azərbaycanda İsrailin səfiri kimi çalışan Rafael Harpaz deyib ki, Azərbaycan “total tolerantlığın” hökm sürdüyü ölkədir.

“Post”a açıqlamasında Harpaz qeyd edib ki, Azərbaycanda müsəlmanlar və yəhudilər qardaşdırlar: “Onlar bir-birlərinin bayramlarını təbrik edir və mədəni təcrübələrini bölüşürlər. Bu il Bakıda keçirilən ilk Avropa Oyunlarında İsrail tarixi ərzindəki ən böyük 142 nəfərlik idmançı və məşqçi nümayəndə heyətini Bakıya göndərmişdi. İsrail Filarmoniyası Azərbaycana gələndə hamıdan birinci çıxış edir.

2015-in fevralında Los Anceles Sinai Məbədi Azərbaycanın Dağ Yəhudiləri icmasına ianə toplamışdı. Harpaz bildirib ki, ianə toplanışı mərasimində Azərbaycan Dini Məsələlərlə bağlı Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov; Azərbaycan parlamentində yəhudiləri təmsil edən deputat Yevda Abrahamov; Azərbaycan Dağ Yəhudiləri icmasının başqanı Milix Yevdayev; və Bakıdakı Dağ Yəhudiləri sinaqoqunun ravvini Avraam Takubov daxil olmaqla, Azərbaycandan 400 nəfər iştirak edirdi.

Azərbaycan dünyadakı ilk yəhudi icmalarından birinin yarandığı yerlərdən biridir. 2015-ci ilin mayında “Jewish Journal” nəşrində Yevdayev yazır: “Yəhudilər olaraq biz əsrlərdir ki, hansısa təqib və diskriminasiya olmadan azad şəkildə azərbaycanlı bacı və qardaşlarımızla tamamilə harmoniya içində yaşarıq… Belə çətin dövrlərdə məni özümü mübarək insan kimi hiss edirəm”.
Bir müddət əvvəl Amerikan-yəhudi nəşri “The Jewish Press”də Azərbaycan və İsrailin təkcə iqtisadi sahədə deyil, strateji baxımdan müttəfiq olduqlarından bəhs edən məqalə yayımlanıb.

Keçmiş sovet ölkələri arasında Azərbaycan İsrailin bir nömrəli iqtisadi tərəfdaşıdır. Müntəzəm olaraq mətbuatda Azərbaycan və İsrailin siyasi və iqtisadi əməkdaşlığından bəhs edən yazılar dərc edilir. Azərbaycanla illik 5 milyard dollarlıq ticarət İsrailin Fransayla ticatərindən daha çoxdur.

“Biz Azərbaycanın İsraildən milyardla dollarlıq hərbi təchizat aldığını bilirik. Təhlükəzlik sahəsində işləyən məşhur şirkətlərin Azərbaycanda və Azərbaycan üçün layihələr həyata keçirdiyindən xəbərdarıq. Ölkələr arasında həmçinin yüksək səviyyədə, çox güclü və hərtərəfli təhükəslik əlaqələri mövcuddur”, – bu sözləri əslən Azərbaycandan olan israilli ixrac mütəxəssisi Arye Qut deyib.

Azərbaycan şimaldan Rusiya və Gürcüstanla, cənubdan İranla, Qərbdən isə Ermənistanla sərhəddir. Onun həmçinin Türkiyəylə kiçik sərhəddi də var. Son 5 ildə hər iki ölkə çalxantılı xarici siyasət mənzərəsində tez-tez özlərini demokratiya, bərabərlik və sülh məsələsində tək hiss ediblər və yanlış başa düşülüblər.

ABŞ-İsrail arasındak ilk gərginlik prezident Barak Obamayla Baş nazir Benyamin Netenyahu arasındakı önəmsiz şəxsi konflikt nəticəsində ortaya çıxıb. Ancaq İranla nüvə sahəsində baş tutan sazişdən sonra gərginlik pik həddə çatıb. Netenyahu sazişi “ziyanlı müqavilə” adlandırsa da və İranın nüvə silahı yaratmaq iddialarından əl çəkməyəcəyini, əksinə İsrail dövlətini daim təhlükə yaradacağını bəyan etsə də, Obama işi həll etmək üçün Konqressi hədələmişdi.

Azərbaycan yeganə müsəlman-çoxluq ölkədir ki daim və inadkarcasına demokratik dəyərlərə, qadın hüquqlarına və Qərbə bağlılığını göstərib. Bundan başqa İsrail nümunəsində İrana sərgilənən münasibətin oxşarının Azərbaycanın nümunəsində Ermənistana göstərilir. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etsə də, Qərbin ikili standartlar tətbiq etməsi Azərbaycan liderlərini xəyal qırıqlığına uğradıb.

20 ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayır, İşğalçı Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə həyata keçirməklə Azərbaycanın suverliyinə və ərazi bütövlüyünə qəsd edib.

Dağlıq Qarabağ və işğal edilən digər 7 rayon tarixən Azərbaycana mənsub olublar və Beynəlxalq ictimaiyyət bu torpaqları Azərbaycan ərazisi kimi tanıyıblar. Bəli, bu torpaqlar 1992-dən bəri, 20 ildən çoxdur ki, Ermənistanın nəzarətindədir. Qanlı və zorakı münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisini işğal edib və Qafqaz regionunu uzun müddətli münaqişə ocağına sürükləyib.

ABŞ Ukrayna nümunəsində beynəlxalq inteqrasiya prinsiplərini güclü şəkildə təbliğ etsə də, Ukraynanın şərqində rusiya meylli qüvvələrin separatçı aqressiyasına qarşı Kiyev hökumətini güclü şəkildə dəstəkləsə də, o, Qafqaz regionu nümunəsində bu işin öhdəsindən gələ bilməyib. Fakt odur ki, Ermənistan çoxdan bəri Rusiyanın orbitində olmasına rəğmən, ABŞ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumub, – Qut bildirir.

Azərbaycanda hazırda 30 000 yəhudi yaşayır, 70 mini isə İsrailə köçüb. Ermənistandan qalsa-qalsa 100 yəhudi qalıb, onlar da ölkəni tərk etmək istəyir.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI