PARADOKS

AKTUAL

Britaniya bu məhsullarını Azərbaycan bazarına çıxardır

14-09-2018, 21:00
  •     
  • Ölkə |
  •  Oxunma: 83

Britaniya bu məhsullarını Azərbaycan bazarına çıxardır Böyük Britaniyanın məişət məhsulları istehsalçısı “What More” şirkəti Azərbaycana tədarüklərə başlayıb.

Bizimyol.info Trend-ə istinadən bildirir ki, şirkət Azərbaycan bazarına “Wham” brendi altında plastik məişət konteynerləri, bişirmə üçün formalar, bağ dibçəkləri, alət qabları və digər məhsullar tədarük edəcək.

Şirkət yaydığı bəyanatda Azərbaycandan yeni sifarişləri gözlədiyini bildirib.

Qeyd edək ki, “What More” şirkəti 72 ölkəyə, o cümlədən BƏƏ, Avstraliya, Bəhreyn, Çexiya, Türkiyə, Rusiya, ABŞ və Kanadaya məhsul tədarük edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI