PARADOKS

AKTUAL

“Danışanda hamısı boğazdan yuxarı Elçibəyçi , millətçi olur…” – Deputatdan açıqlama

13-09-2018, 13:09
  •     
  • Ölkə |
  •  Oxunma: 28

“Danışanda hamısı boğazdan yuxarı Elçibəyçi , millətçi olur…” – Deputatdan açıqlama Xəbər verdiyimiz kimi bir neçə gün öncə prodüsser Tarix Əliyevin (Tolik) yazışması yayıldı və onun Azərbaycanın keçmiş prezidenti mərhum Əbülfəz Elçibəyi təhqir etdiyi üzə çıxdı.

Məsələ qısa bir müddətdə ciddi müzakirələrə səbəb oldu. Bir qism insanlar isə deputat Fazil Mustafanın məsələyə biganə qaldığını, onun mövqe bildirmədiyini qeyd edərək onu ittiham etdilər.

Bizimyol.info deputat Fazil Mustafa ilə əlaqə saxlayıb. Bununla bağlı açıqlama verən Fazil Mustafa msəələyə bu aspektdən yanaşanları qərəzli adlandırdı. O qeyd etdi ki, böyük qism insanlar özünü Elçibəyçi adlandırsa da belə hallarda susurlar, fikirləri və diqqəti bizim üzərimizə yönəldirlər:

“Sosial şəbəkədə bir qrup insanlar var ki, onların əqli problemi var. Onlar özləri üzərlərinə düşən işləri görmürlər, ancaq başqalarından mədət umurlar. Biz daim baş verən hadisələrə öz mövqeyimizi bildiririk, əgər oxumurlarsa, məlumatlı deyillərsə biz nə edə bilərik. Sosial şəbəkədə bir çox insan özünü Elçibəyçi kimi qələmə veirr, Elçibəy yolu getdiyini bildirir amma bu məsələdə biri də mövqe bildirmir. Elçibəyə olunan hücumların qarşısına təəssüflər olsun ki, heç kim çıxmır. 20 il öncə də Elçibəyə atılan daşlara sinəmizi sipər edirdik, indi də, bəs adınızı niyə Elçibəyçi qoymusunuz? Böyük əksəriyyət onun davamçısı kimi özünü aparır, danışanda hamısı boğazdan yuxarı deyir mən türkçüyəm, millətçiyəm, Elçibəyçiyəm, belə bir şey olan kimi də dərhal yönəlirlər bizim üstümüz və bunu əleyhimizə təbliğat kimi istifadə edirlər. Mən düşünürəm ki, bu qərəz xarakteri daşıyır”.

Xatırladaq ki, deputat Fazil Mustafa Modern.Az saytına müsahibə verərərək məsələyə ətralı mövqe bildirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI