PARADOKS

AKTUAL

Autizmlilərin İdman Klubları uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

9-09-2018, 10:49
  •     
  • Ölkə, İdman |
  •  Oxunma: 192

11.09.2018-ci il tarixdə saat 16:00-da Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

AİK-in mətbuat xidmətindən verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcəkdir.
İdmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır.

Velosiped yarışının keçirilməsində məqsəd, bu idman nönünün təbliği, həm də klublar arasında daha güclü idmançıları ortaya çıxarmaqdır.

Yarış və konsert proqramında hər kəs iştirak edə bilər.Autizmlilərin İdman Klubları uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI