PARADOKS

AKTUAL

General 5 rəisi vəzifəsindən kənarlaşdırdı

11-08-2018, 14:07
  •     
  • Ölkə |
  •  Oxunma: 117

General 5 rəisi vəzifəsindən kənarlaşdırdı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul ça­ğı­rı­şının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, iclası giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xid­mət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» müvafiq Sərəncamının icrası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həyata keçirilmiş tədbirlər barədə məlumatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin 2018-ci ilin iyul çağırışında Sə­fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döv­lət Xidmətinin yerli idarə, şöbə və böl­mə­lərində yol verilmiş nöqsanlar təhlil edilmiş, nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verib.
Aparılmış təhlillər və araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin 4 yerli idarə, şöbə və bölmə rəisi, eləcə də Xidmətin tabeliyində olan 1 struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüb.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işi­nin təşkili, və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı, habelə vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, kor­rup­siyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI