PARADOKS

AKTUAL

Azərbaycan İnternet Forumunun prezidenti saytların bloklanmasından yazdı

9-08-2018, 13:20
  •     
  • Ölkə |
  •  Oxunma: 124

Azərbaycan İnternet Forumunun prezidenti saytların bloklanmasından yazdı Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz xəbər saytlarının, eləcə də ölkə ərazisində fəaliyyət gösrətən veb saytların bloklanması məsələsinə aydınlıq gətirib.

Bizimyol.info xəbər verir ki, Osman Gündüz bu barədə bütün hüquqi prosedurları və qaydaları açıq şəkildə şərh edib.

Osman Gündüzün şərhini oxucularımıza təqdim edirik:


1. 2017-ci ilədək hansısa saytın bloklanması prosesi şəffaf deyildi. Xəbər saytının rəhbəri səhər duranda saytı bloklanmış tapa bilərdi. Hətta bağlanılması üçün ciddi əsaslar olsa belə, adətən bu haqda məlumatlar açıqlanmırdı. Hansisa bir məhkəmə çəkişməsi olmurdu. Həmdə, adi bir deputat köməkçisi, hansıa bir məmur, deputat, nazir köməkçisi də bəkbon provayderə, az qala göstərişlər verirdilər ki onun şefini tənqid edən saytlara blok qoyulsun. Xoşagəlməz bir tendensiya vardı.

2. 2017-ci ilin martından “İnformasiya, informasiyalaşama və informasiyanın mühafizəsi haqqında“ qanuna və digər müvafiq hüquqi sənədlərə dəyişiklik və əlavələr oldu və saytların bloklanması üçün hüquqi proseduralar müəyyən olundu. Qanunda mübahisəli məqamlar da oldu və Azərbaycan İnternet Forumu olaraq biz buna münasibət sərgilədik.
Yayılması qanunla qadağan olunan informasiyaları açıqlayan saytların bloklanması səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verildi. Nazirlik bunu hətta məhkəmə qərarı olmadan da edə bilərdi. Bəkbon(magisral) provayderlər artıq NRYTN-in məktubu olmadan saytları heç bir halda bloklamırlar.
Qanunda müzakirə predmeti olan mübahisəli məqamlar, spesifik məqamlar çox olsa da istənilən halda hüquqi proseduraların olması müsbət addım hesab oluna bilər.

3. Qanun qəbul ediləndən sonra onun tələblərinin pozulması iddiası ilə təxminən 30-40 resursa ölkə ərazisindən giriş bağlanıb. Onlar arasında məhkəmə qərarı olmayanlar da var. Statistika olmadığından müşahidələr əsasında demək olar ki NRYTN daha çox xəbər resursları haqqında məhkəməyə müraciətlər göndərib.
Bağlanılması üçün ancaq xəbər resurslarının, internet media qurumlarının üzərinə diqqətin yönəldilməsi, saytda konkret qadağan olunan informasiyanın linkinin deyil , bütövlükdə saytın bloklanması həyata keçirilir ki, bu da xoşagələn hal deyil. Təxminən belə bir situasiya alınır ki, kitabxanada bir kitab zərərlidirsə qadağa həmin kitaba yox, birbaşa kitabxanaya tətbiq olunur.
Düşünürük ki, bu, ölkədə həm dayanıqlı milli informasiya mühitimizin inkişafı baxımından, internet azadlığı baxımından və informasiya təhlükəsizliyi baxımından ciddi problemlər yarada bilər.
NRYTN-in müxtəlif icra qurumlarından daxil olan müraciətləri, fikrimcə dərhal məhkəməyə yönləndirməsi də xoşagələn bir hal deyil. Bu, gələcəkdə daha pis praktika yarada bilər.
Fikrimcə, Nazilrlik məhkəməyə göndərməzdən öncə, hüquqi cəhətdən, kontent və İT üzrə bir araşdrıma aparması da doğru olardı.
Xüsusilə də, təhqir, yalan və böhan iddiası ilə bəzi icra qurumlarından daxil olan müraciətlərin ilk öncə Mətbuat Şurası və digər əlaqəli qurumlar və ekspertlərlə birgə ilkin araşdırmasının keçirilməsi daha doğru olardı.

4. Qanun qəbul olunanda biz bu sahə ilə əlaqəli ixtisaslaşmış məhkəmələrin olmasının zəruriliyini qeyd etmişdik. Artıq belə bir problem özünü göstərir. Əlbəttə, bütün dünyada, o cümlədən də bizdə də açıqlanması qanunla qadağan olunan informasiyaların yayılması halları olur.
Amma ola bilər ki hansısa internet media resursunun bağlanması ilə əlaqəli maraqlı tərəflər də olsun, maraq toqquşmaları olsun, kiminsə xoşuna gəlməyən saytalr olsun, bu baxımdan bu tip məslələrdə peşəkar məhkəmə çəkişməsi xüsusi əhmiyyət kəsb edir. Həm də internet və texnologiyalarla bağlı məhkəmə çəkişməsi üçün peşəkar hakimlərin və məhkəmə heyətinin olması da zəruridir. Saytların bloklanması ən son addım olmalıdır.
Uzun illər formalaşmış, yaradıcı şəxslərin, jurnalistlərin çalışdığı resursun taleyi ilə bağlı məhkəmə çəkişməsində Mətbuat Şurasının və digər aidiyyatı qurumların iştirakının təmin edilməsi, məzmun və İT üzrə (ilkin mənbə üzrə) ekspertizaların keçirilməsi çox vacibdir. Təəssüf ki hələlik bu istiqamətdə problemlər qalmaqdadır.

5. Yuxarıda adı çəkilən qanun tələb edir ki NRYTN bloklanan saytların siyahısını tərtib etməlidir və bu açıqlanmalıdır. Provayderlər məhz bu siyahı əsasında saytlara giriş-çıxışı bağlamalıdırlar. “Qara siyahı” adlandırdığımız bu onlayn resurs hələ də hazırlanmayıb.
Eyni zamanda bloklanan saytlara daxil olduqda “This site can’t be reached” mesajı yox, qanunvericiliyin tələbi ilə resursun qapadılması ilə bağlı məhkəmə qərarı haqqında məlumat monitorda görsənməlidir .
Ümumiyyətlə, yaxşı olardı ki NRYTN qanunvericilikdə nəzərdə tutulduğu qaydada bloklanan saytlarla bağlı ayrıca bir internet resurs hazırlasın və ya Elektron Təhlükəsizlik Mərkəzinin internet resursunda bununla bağlı bir bölmə yaratsın.

Bu porsesdə şəffaflıq təmin olunmalıdır.

Məhkəmə qərarı ilə və belə bir qərar olmadan bloklanan saytlar, məhkəməyə olan müraciətlər, Nazirliyə bloklanma ilə bağlı daxil olan müraciətlər, xəbərdarlıq olunan saytlarla bağlı məlumatlar, bloklanmadan çıxarılan resurslarla bağlı məlumatlar bu resursda yerləşdirilməlidir.
Əks halda, Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzi məmurların və icra qurumlarının müraciət etdiyi “Bloklama Mərkəzi”nə çevriləcək.

Osman Gündüz


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI