PARADOKS

AKTUAL

Babək prospektindəki problemli döngələr ləğv edildi – Açıqlama

9-08-2018, 13:11
  •     
  • Ölkə |
  •  Oxunma: 69

Babək prospektindəki problemli döngələr ləğv edildi – Açıqlama Babək prospektdə hərəkətin təşkili Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı ilə həyata keçirilir. Daha təhlükəsiz ərazilərdə geri dönmə üçün keçidlər yaradılıb.

Bunu virtualaz.org saytına Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, yol hərəkətinin təhlükəsizliyi qaydalarına uyğun olaraq, prospekt boyu müasir yol infrastrukturu qurulur. Mətbuat katibi əlavə edib ki, əvvəllər müəyyən ərazilərdə geri dönmə üçün keçidlər yaradılmışdı, ayırıcı zolaqdan keçməklə sürücülər özlərinə rahat olan yerlərdən geri dönürdülər. Bununla da həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaranırdı. Yenidənqurma işləri çərçivəsində həmin problemli nöqtələr ləğv edilib. Əsas məqsəd daha təhlükəsiz yol infrastrukturunun qurulmasıdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI