PARADOKS

AKTUAL

Azəriqaz bu dəfə də vətəndaşa uduzdu - MƏHKƏMƏ QƏRARI

1-08-2018, 23:11
  •     
  • Ölkə, İqtisadiyyat |
  •  Oxunma: 433

Azəriqaz bu dəfə də vətəndaşa uduzdu - MƏHKƏMƏ QƏRARI
Bu barədə Mirvari Qəhrəmanlı öz facebook səhifəsində yazıb.

"Düşünürəm ki,bu qədər faktın müqabilində Azəriqazda ciddi yoxlamalar aparılmalı, birliyin bu sahə üzrə məsul şəxsi olan,satış üzrə müavin Ruslan Əliyev, Şəmkir rayon RQİİ işdən azad olunmalıdır.Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən Qocayev Məhəmməd Əli oğlu.onun adına yazılmış 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərinin silinməsi ilə əlaqədar Xətai rayon Məhkəməsinə müraciət etmişdi. Xətai rayon məhkəməsinin hakimi İlahə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə Qoçayev Məhəmmədin iddiası təmin olundu. Azəriqaz tərəfindən tərtib olunmuş protokollar əsassız, yazılmış borc isə qeyri qanuni sayıldı!
Bu Kəsəmənlilərin Azəriqaz İB-liyi ilə 14- cü prosesidir.
Haqqını müdafiə edən ,qaz ,oğrularını cəmiyyətə tanıdan Kəsəmənlilərə eşq olsun.
Haqqın yanında olan hakim İlahə Abbasovaya isə təşkilatımız adından təşəkkür edirəm.", deyə M.Qəhrəmanlı qeyd edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI