PARADOKS

AKTUAL

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

19-07-2018, 11:52
  •     
  • Ölkə |
  •  Oxunma: 83

Azərbaycan nefti bir qədər də ucuzlaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 73,34 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar dollar/barel azdır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 72,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 17-də 68,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 17-də 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI