PARADOKS

AKTUAL

Brilliant Dadaşovanın bacısı oğlu efirdə erməni mahnısı oxudu – Video

10-07-2018, 12:29
  •     
  • Ölkə |
  •  Oxunma: 106

Brilliant Dadaşovanın bacısı oğlu efirdə erməni mahnısı oxudu – Video Arb telekanalında yayınlanan “Səhər-səhər” verilişində azərbaycanlı müğənni erməni mahnısı oxuyub.

Bizimyol.info xəbər verir ki, “N-beothers” qrupunun ilk solistlərindən olan, 11 il sonra yenidən səhnəyə çıxan xalq artisti Briliant Dadaşovanın bacısı oğlu, gənc müğənni Cəmil Dadaşov yeni stil hesab etdiyi mahnısını ifa edib. Mahnıya bütün efirdə olan qonaqlar oynasalar da mahnının erməni müğənniyə məxsus olmasının və mahnının plagiat olmasından heç kim xəbər tutmayıb. Belə ki, mahnının əsli Türkmənistanda yaşayan erməni əsilli Kakacan Recepov və Saro Vardanyanın ifasında səslənən “По твоим следам” adlanır. Araşdırmalarımız zamanı Kakacan Recepovun “Armstudio” ilə çalışması, bütün kliplərinin müəllifinin məhz “Armstudio” olması üzə çıxdı. Hətta erməni əsilli Kakacan Recepovun bütün duet ortaqları da məhz erməni ifaçılarladır.

Qeyd edək ki, Cəmil Dadaşov xalq artisti Brilliant Dadaşovanın bacısı İradə Dadaşovanın oğludur.

Xatırladaq ki, bir müddət öncə xalq artisti Brilliant Dadaşovanın erməni ifaçısı Varujan Şahbazyanla yazışması da medianın gündəmini zəbt etmişdi.

Bizimyol.info proqram görüntüsünü və mahnının original videosunu təqdim edir:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI