PARADOKS

AKTUAL

Paltardakı yağ ləkəsini bu üsulla təmizləyin

20-06-2018, 13:31
  •     
  • Ölkə |
  •  Oxunma: 56

Paltardakı yağ ləkəsini bu üsulla təmizləyin Yağ ləkəsini təmizləməyin bir çox fərqli yolu var. Təbii ki, yağın növü və bulaşdığı yer də çox əhəmiyyətlidir. Parça yağı çox sürətlə özünə çəkdiyindən sadəcə su, sabun və ya yuyucu vasitə ilə ləkəni təmizləmək mümkün olmur.

Bizimyol.info ailem.az-a istinadən yağ ləkəsini aparmağın asan üsullarını göstərir.

Yeməyin yağı paltara töküldükdə ilk olaraq üzərinə duz tökmək lazımdır. Zeytun yağı və duru yağ ləkəsini təmizləmək üçün limonlu turşu tərkibli olmayan bir qabyuyan maye lazımdır.

Yağ parçaya damcıladığı an üzərinə uşaq pudrası tökmək də olduqca təsirli bir vasitədir.

Sintetik parçalardakı ləkə üçün etil spirti istifadə etmək olar. Bunun üçün ləkəli yeri spirtli parça ilə silib, açıq havada qurutmağınız kifayətdir.

İpək parçadakı yağ ləkəsi üçün ammonyak istifadəsi məsləhətdir. Bir stəkan suya eyni miqdarda ammonyak töküb, ləkəli yeri parça ilə silmək lazımdır. Daha sonra silinən yerə kağız dəsmal qoyub ütüləmək uyğundur.

Motor yağlarının ləkələri kor bir bıçaq ilə parçadan qaşınaraq çıxardılmalıdır. Üzərinə vazelin sürtərək parça yumşaldıla bilər.

Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI