PARADOKS

AKTUAL

Fiziki qüsurlarına baxmayaraq dünya şöhrətli model oldular

20-06-2018, 13:29
  •     
  • Ölkə |
  •  Oxunma: 81

Fiziki qüsurlarına baxmayaraq dünya şöhrətli model oldular 8 yaşlı La Mariya dünyaya gələrkən ayaqları yox idi. Anası Ancela Nil bunu doğumdan öncə bilsə də qızını dünyaya gətirməyə qərar verdi və onun digər insanlar kimi normal yaşaması üçün əlindən gələni etdi. La Mariya aktiv həyat tərzi sürür, yaxşı oxuyur, musiqi müsabiqələrində iştirak edir. İndi o model kimi də fotoqrafların diqqətini çəkməyə başlayıb. La Mariya Amerikada ayaqsız doğulub model kimi şöhrət tapan ilk insan deyil.

23 yaşlı Los Ancelsli Kanya Sesser alt paltarları reklamı ilə məşğul olaraq günə 1000 dollar qazanır. Kanyanı valideynləri illər öncə Tailandda Budda monastrı qarşısında tərk edib getmişdi. 15 yaşına çatanda monastrıda böyüyən qız model olmağa qərar verdi. Əvvəlcə hər kəsə onun bu istəyi qəribə və gülünc görsənsə də, sonralar bir idman brendi onunla maraqlandı və Kanyanın fotoları inanılmaz uğur qazandı.

Yeri gəlmişkən, Kanya əlil arabasından istifadə etmir, əlləri üstündə hərəkət etməyə üstünlük verir. “Seksual görünmək üçün mənə ayaqlar lazım deyil, mən özümü çox normal hiss edirəm”- deyə o bildirir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI