PARADOKS

AKTUAL

Misir milli komandasının kapitanı xalqından üzr istədi

20-06-2018, 13:27
  •     
  • Ölkə |
  •  Oxunma: 58

Misir milli komandasının kapitanı xalqından üzr istədi Misir Milli komandasının kapitanı, 45 yaşlı qapıçı Əssam Əl Xadari komandasının son 2 oyununda iştirak etməsə də, məğlubiyyətə görə xalqından üzr istəyib.

Bizimyol.info-nun xəbərinə görə, bu məğlubiyyət onun ölkəsini pley-off şansından məhrum edib.

“Biz məğlubiyyətə görə, Misir xalqından üzr istəyirik.Futbolda uğur bəzən sənin tərəfində olur, bəzən qarşı tərəfin, heç bir oyunçu və ya məşqçi uduzmaq istəməz. Mən oyunlarda maksimum güc göstərərək iştirak etmiş hər kəsə təşəkkür edirəm .Dünya Çempionatlarında 28 illik fasilədən sonra yenidən iştirak hamımızı ümidləndirmişdi. Mən bu sevinci sona qədər bəxş edə bilmədiyimizə görə xalqımızdan üzr istəyirəm”,- deyə o “beIN Sports” qəzetinə müsahibəsində bildirib.

İlhamə Rəsulova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI