PARADOKS

AKTUAL

Klublarımızın potensial rəqibləri bilindi – Avropa Liqası

19-06-2018, 12:54
  •     
  • Ölkə |
  •  Oxunma: 102

Klublarımızın potensial rəqibləri bilindi – Avropa Liqası Avropa Liqasında çıxış edəcək klublarımızın 5 mümkün rəqibi müəyyənləşib.

Bizimyol.info xəbər verir ki, ölkəmizi təmsil edəcək klublarımızın I təsnifat mərhələsindəki 5 potensial rəqibi məlum olub.

“Qəbələ”nin potensial rəqibləri Lüksemburqun “Proqres” (Niderkorn), Bosniya və Herseqovinanın “Şiroki Briyeq”, Makedoniyanın “Şkupi”, Litvanın “Ştumbras” və Slovakiyanın “Dunayska Streda” klublarıdır.

“Neftçi” klubu isə “Buduçnost” (Podqoritsa, Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Rasinq Union” (Lüksemburq) ilə növbəti mərhələ uğrunda mübarizə aparacaq.

Ölkə kubokunun qazanan “Keşlə” klubu da “Milsami” (Orxey, Moldova), “Rudar” (Plevliya, Monteneqro), “Riqa” (Latviya), “Honved” (Budapeşt, Macarıstan) və ya “Baltsan” (Malta) komandası ilə qarşı qarşıya gələcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 12 iyul, cavab görüşləri isə 19 iyulda keçiriləcək.

Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI