PARADOKS

AKTUAL

Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir – Video

14-06-2018, 13:15
  •     
  • Ölkə |
  •  Oxunma: 191

Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir – Video Bu gün Azərbaycanda 2017/2018-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

Bu tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.

Xatırladaq ki, “Son zəng” tədbiri yalnız məktəb daxilində keçirilməli və iki saat davam etməlidir.

Nazirlər Kabinetinin 2014-cü il qərarına əsasən 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Gulu Quliyeva


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI