PARADOKS

AKTUAL

Baş bankirdən inflyasiya proqnozu

14-06-2018, 13:12
  •     
  • Ölkə |
  •  Oxunma: 126

Baş bankirdən inflyasiya proqnozu 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O deyib ki, ötən beş ayda orta inflyasiya 3,2 faiz olub:

“Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib”.

E.Rüstəmovun sözlərinə görə, monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib:

“Ötən müddətdə pul bazasının artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI