PARADOKS

AKTUAL

Nazirlikdən məşhur klinikadakı ixtisarlarla bağlı açıqlama

14-06-2018, 13:10
  •     
  • Ölkə |
  •  Oxunma: 115

Nazirlikdən məşhur klinikadakı ixtisarlarla bağlı açıqlama Bakıdakı “Grand Hospital” klinikasında yerli həkimlərin kütləvi şəkildə işdən zorla azad edilməsi narazılıqlara səbəb olub. Lent.az xəbər verir ki, klinikanın 34 məşhur həkimi xəbərdarlıq edilmədən işdən çıxarılıb. Onların yerinə isə Türkiyədən həkimlər gətirilib.

Yaranmış vəziyyətlə bağlı Lent.az-ın suallarını cavablandıran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, işdən çıxarılan həkimlər bu məsələ ilə bağlı nazirliyə müraciət etməyib: “Həmçinin adıçəkilən tibb müəssisəsi özəldir və bu onların şəxsi məsələsidir. Səhiyyə Nazirliyinin onların daxili işlərinə müdaxilə etməsi düzgün deyil. Əgər onlar tərəfindən hansısa müraciət olunsa araşdırma aparmaq olar”.

Qeyd edək ki, Bakıdakı “Grand Hospital” klinikası adını dəyişərək “Ege Hospital” adı altında fəaliyyətini davam etdirir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI