PARADOKS

AKTUAL

Azərbaycan əhalisinin sayı açıqlandı

14-06-2018, 13:09
  •     
  • Ölkə |
  •  Oxunma: 106

Azərbaycan əhalisinin sayı açıqlandı Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25 018 nəfər artaraq, 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI