PARADOKS

AKTUAL

Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılır

14-06-2018, 13:08
  •     
  • Ölkə |
  •  Oxunma: 105

Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılır Image result for Neftçilər prospektiAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakının Azadlıq meydanında – Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI