PARADOKS

AKTUAL

Dünyanın ən qısa reysi- uçuş cəmi 8 dəqiqə çəkir

14-06-2018, 13:05
  •     
  • Ölkə |
  •  Oxunma: 97

Dünyanın ən qısa reysi- uçuş cəmi 8 dəqiqə çəkir “Aruba Airlines” aviaşirkətinin həyata keçirdiyi aviareys dünyanın ən qısa reysi hesab olunur. Aruba və Punto-Fidco hava limanları arasındakı 80 kilometr yolu təyyarə 8 dəqiqəyə qət edir.

Aruba Karib dənizinin cənubunda, Venesuela sahillərinə yaxın kişik adadır. O Niderland Krallığının tərkibində özünü idarə edən dövlətdir.Punto Fidji isə Venesuelanın tərkibində Paraquana adasında yerləşir. İlin əvvəlində iki dövlət arasında başlamış siyasi böhran səbəbi ilə uçuşlar dayandırılsa da, bu ilin may ayından etibarən reyslər bərpa edilib . Bu marşrut üzrə biletlər 215-235 dollar təşkil edir. Baha olmasına baxmayaraq təyyarədəki 50 sərnişin yeri hər zaman dolu olur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI