PARADOKS

AKTUAL

Əli Mirəliyev: “Roza Zərgərli adamı yoldan çıxardır”

14-06-2018, 13:04
  •     
  • Ölkə |
  •  Oxunma: 70

Əli Mirəliyev: “Roza Zərgərli adamı yoldan çıxardır” Artıq 16 gündür ki, ATV kanalında yayımlanan “Maşın” realiti şousu sona çatmaq üzrədir. Bu gün final gecəsi olacaq, müğənni Roza Zərgərli və bloger Hüseyn Əzizoğoğlu arasında gedən mübarizənin nəticəsi açıqlanacaq.

“Maşın” realiti şousunun bu mövsümünün iştirakçısı, müğənni Əli Mirəliyev Mirəliyev Mirəliyev Modern.az saytına danışarkən verilişin nəticələri ilə əlaqəli öz fikirlərini bölüşüb:

“Açığı, “Maşın” şoudan ayrılandan sonra verilişi izləməmişəm. Proseslərdən xəbərim yoxdur. Lakin mənə elə gəlir ki, Roza Zərgərli bu gün “Maşın” şouda məğlub olan tərəf olacaq. Düşünürəm ki, Roza dözməz, incidəcəklər onu”.

Ə.Mirəliyevin fikrincə, “Maşın” şouda əslində Roza Zərgərli qalib gəlməlidir:

“Çünki o, ağıllı qadındır. Adamı yoldan çıxardır. “Bunu belə et, onu belə et”- deyib adamı başa salır”.

Qeyd edək ki, verilişin dünənki buraxılışında Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlunun mübarizəsi zamanı əlini çəkən şəxs reper Uran olub. Onun mübarizədən imtina etmə səbəbi səhhəti ilə bağlıdır.

Hazırda avtomobil ətrafında olan Roza və Hüseyn saatlardır ayaq üstdə mübarizəyə davam edirlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI