PARADOKS

AKTUAL

Alimlər potensiya və infarkt arasında əlaqə aşkar etdi – Araşdırma

13-06-2018, 12:25
  •     
  • Ölkə |
  •  Oxunma: 78

Alimlər potensiya və infarkt arasında əlaqə aşkar etdi – Araşdırma ABŞ-da Con Hopkins Universitetinin alimləri müəyyənləşdiriblər ki, potensiya problemi infarkt olmaq, ürək tutması, insult və ürək-damar sisteminin başqa problemləri ehtimalını təxminən iki dəfə artırır.
“Circulation” jurnalında dərc edilmiş tədqiqatın nəticələrini Moderator.az RİA Novosti-yə istinadən xəbər verir.
Mütəxəssislər 60 yaşdan 74 yaşadək iki minə yaxın yaşlı amerikalıların həyatının son dörd ilini müşahidə ediblər. Bu müddət ərzində kişilər 115 infarkt və insult xəstəlikləri keçiriblər. Bunlardan bəziləri ölümlə nəticələnib, bir sıra hallarda isə sağlamlıq üçün ağır fəsadlar törətməklə nəticələnib.

Alimlər eksperment iştirakçılarının cinsi əlaqə problemlərindən danışdıqları ilə statistikanı yanaşı tutuşdurublar. Nəticədə qeyri-adi qanunauyğunluğun üstü açılıb: “ereksiyam yoxdur və ya demək olar ki, yoxdur” deyən kişilər, qalan yaşlı amerikalılardan təxminən iki-üç dəfə daha çox ürək problemlərindən əziyyət çəkiblər.

Amma tədqiqatçılar hələlik öyrənə bilməyib ki, məhz bu cür qanunauyğunluq nə ilə bağlıdır. Bununla əlaqədar, alimlər həkimləri bu qarşılıqlı əlaqəni nəzərə almağa və əgər onların xəstələri şəxsi həyatındakı problemlər haqqında şikayət edirlərsə, ürək-damar sistemi xəstəlikləri ilə mübarizəyə daha qətiyyətlə yanaşmağa çağırıblar.

Qeyd edək ki, fevralın əvvəlində həkimlər altı həftəyə potensiyanı qaldırmağın üsulunu tapdıqlarını bildirmişdilər. Bu üsul müntəzəm olaraq aspirin atmaqdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI