PARADOKS

AKTUAL

“Maşın”ın efiri yarımçıq kəsildi – Video

13-06-2018, 12:18
  •     
  • Ölkə |
  •  Oxunma: 80

“Maşın”ın efiri yarımçıq kəsildi – Video “Maşın” şounun yayımında ciddi problem yaşanıb.

Minval.info-nun xəbərinə görə, artıq 30 dəqiqədən çoxdur ki, yarışmanın yayımı dayandırılıb.

Sponsorları ilə zəngin olan şou adətən efirdə yayımlanarkan reklam araları qısa çəkir. Bu dəfə isə əksinə telekanalda daha çox reklama yer ayrılıb.

Bu səbəbdən dərhal bir sıra iddialar ortaya atılıb. Belə ki, iştirakçıların səhhətində problem yarandığından, eyni zamanda verilişin efirə buraxılmasına qadağa qoyulduğundan reklamın uzun çəkdiyi deyilirdi.

Xeyli aradan sonra şou efirə qayıdıb, lakin yenidən canlı yayımda problem yarandığından veriliş yarıda kəsilib.

“M-Qrup” Prodakşnın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli minval.info-ya açıqlamasında bildirib ki, şounun yarıda kəsilməsi ATV-də olan texniki problemlərlə bağlıdır.

Bundan əlavə, telekanalda reklam verilərkən ekranın aşağı hissəsində yarışmanın bir neçə dəqiqədən sonra efirdə yayımlanacağı qeyd edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI