PARADOKS

AKTUAL

Şəkil çəkdirsəniz böyük məbləğdə cərimə olunacağınız məkanlar – Maraqlı məlumatlar

24-05-2018, 14:51
  •     
  • Ölkə |
  •  Oxunma: 234

Şəkil çəkdirsəniz böyük məbləğdə cərimə olunacağınız məkanlar – Maraqlı məlumatlar Fotoaparat və kamera səyahət edən hər bir insanın sevimli atributudur. Hər kəs səyahətdən maraqlı şəkilllərlə qayıdıb yaxınları ilə paylaşmağı sevir. Bəzi ölkələrə səfər zamanı isə şəkil çəkdirməyə görə külli miqdarda cərimə oluna bilərsiniz. Odur ki, diqqətli olun.

Məsələn, Şimali Koreyada şəkil çəkdirmək üçün mütləq icazə alınmaldır. Gidin məsləhətlərinə qulaq asmayanları böyük narahatlıqlar gözləyə bilər. Cənubi Koreyada şimaldakı qədər sərt nəzarət olmasa da, qadınların şəklini əsla onlardan icazəsiz çəkmək olmaz. Bu qayda pozuntusu 5 il həbs və 9000 dollar cərimə ilə nəticələnə bilər.



BƏƏ- Bu ölkədə hökumət binalarının və şeyxlərin saraylarının çəkilməsi qəti qadağandır.



Niderland da istənilən turist qırmızı fənərli küçələrə səfər edib əylənə bilər.Lakin bu küçələrdə şəkil və ya videogörüntü çəkmək qəti qadağandır.



Yaponiyaya səfər edən turistlərə ilk növbədə belə obyektlərin siyahısı təqdim olunur. Qadağan alttına bəzi məbədlər, Budda heykəllər düşür. Buna səbəb yaponların fotoşəkil çəkilməsi ilə məbəddə və heykəldə yaşayan ruhlara ziyan vurulması ilə əlaqələndirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI