PARADOKS

AKTUAL

Deputatlarımız Gürcüstanda Ulu Öndərin abidəsini ziyarət ediblər FOTO

15-05-2018, 12:03
  •     
  • Ölkə |
  •  Oxunma: 129

Deputatlarımız Gürcüstanda Ulu Öndərin abidəsini ziyarət ediblər FOTO Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib. SİA-nın məlumatına görə, Ümummilli liderin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla, həmçinin Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşlər keçiriblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI