PARADOKS

AKTUAL

Bakının Yasamal rayonu ərazisində 54 saylı bağçada uşaqlar tərbiyəçi tərəfindən döyülür

11-06-2014, 17:05
  •     
  • Ölkə, |
  •  Oxunma:

Bakının Yasamal rayonu ərazisində 54 saylı bağçada uşaqlar tərbiyəçi tərəfindən döyülür
Bu barədə Nəzakət adlı oxucu şikayətində bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında baxçanın qarşısından keçərkən görüb ki, tərbiyəçi baxçada uşaqlarla kobud rəftar edir.

“Gördüm ki, uşağın üstünə qışqırır. Onu vurur. Yaxınlaşdım, iradımı bildirdim. Mənimlə də kobud danışdı. Baxçaya girib, müdirlə danışdım. Müdir də həmin tərbiyəçini müdafiə etdi”, - deyə Nəzakət xanım bildirib.

Məsələni araşdırmaq üçün baxça ilə əlaqə saxladıq. Özünü müdir Gülnarə kimi təqdim edən qadın bu xəbərin yanlış olduğunu bildirdi. O, səhər saatlarında bir qadının baxçaya girərək hay-küy saldığını qeyd etdi. Onun sözlərinə görə, bu gün müəssisədə şənlik keçiriblər.

“Bu gün şənlik idi. “Əlivida baxça” adlı şənlikdə uşaqlar oynayırdılar. Birdən bir qadın gəlib qışqırdı ki, sizin tərbiyəçi uşaqları döyür. Bizlə kobud danışdı. Daha osnra “Sizin başınıza oyun açacağam”, - deyib getdi”, - deyə Nuranə xanım əlavə etdi.

Müdirin soyadını soruşduqda isə Nuranə xanım bizimlə də kobud danışmağa başladı: “Sizə nə dəxli, mənim soyadım nədir. Mən də bilmirəm sən kimsən. Xahiş edirəm narahat etməyin”, - deyən Nuranə xanım telefon əlaqəsini kəsdi. Daha sonra yenidən edilən zənglərə cavab verən olmadı.

Gulnarə xanım bizdən qaça bildi. Görəsən əmanət olunan körpə uşaqları incidən tərbiyəçinin əməllərinə göz yumarkən vicdan ağrısından qaça biləcəkmi?


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI