PARADOKS

AKTUAL

“Həyat davam edir, hər şey inkişafa və yaxşılığa doğru aparır” — Ləğv edilmiş komitənin sözçüsü

23-04-2018, 12:54
  •     
  • Ölkə |
  •  Oxunma: 95

“Həyat davam edir, hər şey inkişafa və yaxşılığa doğru aparır” — Ləğv edilmiş komitənin sözçüsü Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncaça əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.
Bu komitənin səlahiyyətləri iki yeni qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinə verilib.

Ölkə.Az” xəbər verir ki, ləğv olunan komitənin sözçüsü olmuş Fazil Talıblı şəxsi “Facebook” səhifəsində işinə son verildiyini deyərək jurnalistlərə təşəkkür edib.

“Əziz jurnalist dostlarım! Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çalışdığım 10 ilə yaxın bir müddətdə hər zaman sizin dəstəyinizi, köməyinizi hiss etdim. Komitənin fəaliyyətinin işıqlandırılmasında birgə işlədik. Qarşılıqlı etimad və dost münasibətlərilə əməkdaşlıq etdik. Bu müddət ərzində göstərdiyiniz diqqətə və sıx əməkdaşlığa görə hər birinizə dərin təşəkkürümü bildirirəm! İnanıram ki, cavabsız sualınız qalmadı. Nə qədər operativ oldum, buna siz qiymət verə bilərsiz. Bundan sonra harda olmağımdan asılı olmayaraq, yenə də qulluğunuzdayam. Həyat davam edir, hər şey inkişafa və yaxşılığa doğru aparır. Bir daha sizə minnətdaram. Var olun!”, – deyə Fazil Talıblı qeyd edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI