PARADOKS

AKTUAL

Qayda pozuntuları zamanı marşurut xəttinə cavabdeh olan sahibkarlar da cəzalandırılacaq

11-06-2014, 10:42
  •     
  • Ölkə, |
  •  Oxunma:

Qayda pozuntuları zamanı marşurut xəttinə cavabdeh olan sahibkarlar da cəzalandırılacaq
Bundan sonra qayda pozan avtobus sürücüləri dərhal işdən azad ediləcək. Bununla bağlı artıq Nəqliyyat Nazirliyi yeni sürücülərin hazırlanması ilə məşğuldur. 150 nəfər sürücü avqust ayında digərləri ilə əvəz olunacaq.

Qayda pozuntuları zamanı marşurut xəttinə cavabdeh olan sahibkarlar da cəzalandırılacaq. Həmin marşurut xətti daha məsuliyyətli sahibkara veriləcək. Bütün bu tədbirlərə isə səbəb son günlər avtobus sürücülərnin iştirakı ilə baş verən qəzaların artması və digər qayda pozuntularıdır. Baş verən qəzalarda xəsarət alanların kifayət qədər olması ilə yanaşı əzilən avtomobillər də az olmur.

Respubllika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, isə son 4 ayda avtobusların iştirakı ilə 25 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 10 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Ötən həftə Nəriman Nərmanov prospektində yüksək sürətlə hərəkət edən “Daewoo” markalı avtobus yol kənarında dayanan 5 maşını əzdi. Burada xəsarət alan olmasa da Qara Qarayev metrosu yaxınığında iki sərnişin avtobusunun və bir minik maşının toqquşması 12 nəfərin yaralanması ilə nəticələndi.

Sosial şəbəkələrdə yayılan görüntülər də avtobusu idarə edənlərin sürücülük mədəniyyətinin aşağı olmasından xəbər verir. Sosial şəbəkələrə yayılan videogörüntüdə 163 saylı marşrut xətti ilə hərəkət edən avtobus sürücüsünün acgözlüyü sərnişinlər qapılardan sallanması ilə nəticələnib. Sürücü nəiniki avtobsun qapılarını bağlamadan onu idarə edir, hətta daynacaqda saxlayaraq əlavə sərnişin yığmaq da istəyir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI