PARADOKS

AKTUAL

“Məhkəmənin qərarından şikayət edəcəm” – Qalmaqallı xanım deputatdan açıqlama

17-04-2018, 11:31
  •     
  • Ölkə |
  •  Oxunma: 74

“Məhkəmənin qərarından şikayət edəcəm” – Qalmaqallı xanım deputatdan açıqlama Milli Məclisin deputatı Sona Əliyevanın anası Bəsirə Əliyeva tərəfindən mediaya edilən müraciətlərlə bağlı qalmaqal davam edir. Bəsirə Əliyeva mediyaya etdiyi müraciətdə qızı, millət vəkili Sona Əliyevanın onun və övladlarının adına olan əmlakı zorla ələ keçirdiyini, onların savadsızlığından istifadə edərək əmlakı öz adına rəsmiləşdirdiyi haqda müraciət edib. Edilən müraciətdə Bəsirə Əliyeva qızı, millət vəkili Sona Əliyevanın deputat mandatından istifadə edərək onların xeyrinə çıxarılan qərarlara mane olduğunu bildirib.

Bu qalmaqallı iddialarla bağlı Bizim Yol Milli Məclisin deputatı Sona Əliyevaya zəng edib. Deputat saytımıza açıqlamasında məsələnin kökündə ailəsinin durduğunu əsas gətirərək çox danışmaq istəmədiyini bildirib.

“Bu ayın 10-da mənə həmin məhkəmə qərarının qətnaməsini göndəriblər. Tanış olmuşam həmin qərardan apelasiya şikayəti verəcəm. Burda nə var ki…Mən hər zaman ailəmi qorumuşam. Susqunluğumu qorumuşam, amma onlar buna imkan vermirlər. Bu yol onların seçimidir. Mən bu gün qərar vermişəm, bu məsələ hüquq mühafizə orqanları tərəfindən həll ediləcək.” -deyə xanım deputat bildirib.

“Bundan əlavə mən özümün facebook səhifəmdə də bununla bağlı açıqlamam, təkzibim var. Xahiş edirəm ordan götürüb paylaşasınız.”

Xanım deputatın sosial şəbəkədə yazdığı təkzib statusunun linkini sizə təqdim edirik

Əli Cahangiroğlu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI