PARADOKS

AKTUAL

Azərbaycanda daha bir ilkə imza atıldı

19-02-2018, 21:18
  •     
  • Ölkə |
  •  Oxunma: 64

Azərbaycanda daha bir ilkə imza atıldı Kanada, Avstraliya, Almaniya təcrübəsi… Kürdəmirə gəldi

“Azərsun Holdinq”-in südçülük zavodunda embrion köçürdülər

“Azərsun Holdinq” mütəxəssislərinin embrion köçürülməsi elmi təcrübəsi uğur qazanıb. Kürdəmirdəki süd zavodunda bu yenilik sınaqdan çıxarılıb. Bu haqda məumatı daha geniş yaymaq məqsədilə “Azərsun Holdinq” Kürdəmirə media tur təşkil edib. Media turda iştirak edən jurnalistlər arasında “Bizim Yol”un müxbiri də olub.

Kürdəmir Süd Kompleksində jurnalistləri qarşılayan Kürdəmir rayon Süd Emalı Zavodunun direktoru Fuad Məmmədov bildirdi ki, 2013 -cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə Süd Zavodumuz istismara verilib: “Zavodumuzun qurulması ilə bölgədə artıq heyvandarlığın inkişafına da yeni bir nəfəs gəldi. Həmçinin, müəssisəmizin nəzdində heyvandarlıq kompleksi də quruldu, xariçdən cins heyvanlar gətirildi. Müəssisəmizdə Avropanın ən qabaqcıl texnologiyaları ilə – İtaliya, İsveç, Almaniya , Türkiyə istehsalı olan avtomatlaşdırılmış sistemlərlə modern bir sud zavodu quruldu”.

Direktorun sözlərinə görə, müəssisə 100 faiz təmiz süddən tam orqanik məhsul istehsalı ilə məşğuldur. Günlük istehsal gücü 180 tona yaxındır. Zavodda pasterizə olunmuş günlük süd, UNT-tetrapaksüd, ayran, kəsmik, qatıq, meyvəli yoqurt, qatılaşdırılmış süd, müxtəlif çeşidlərdə pendir ən yüksək keyfiyyətlə istehsal olunmaqdadır.Fuad Məmmədov onu da bildirdi ki, keyfiyyət “Azərsun Holdinq”-in əsas siyasətidir: “Bunu rəhbər tutaraq, Azərbaycanda qida təhlükəsizliyini təmin etməklə yanaşı , Azərbaycana keyfiyyətli məhsul vermək əsas hədəfimizdir. Biz bunu özümüzə bir borc olaraq görürük. Məhsulun keyfiyyətini yaxşılaşdırmaqla bağlı araşdırmalar aparır, yeni texnologiyalar tətbiq edirik. Bu işin bir parçası olan olaraq, heyvandarlıq kompleksində artıq Azərbaycanda və bəlkə də dünyada çox ölkələrin gedə bilmədiyi yolu biz qısa bir müddətdə getdik . Nəticədə əvvəlcə bu elmi təcrübəni – embrion köçürülməsini Kürdəmir Süd Kompleksində yerli mütəxəssislər reallaşdırılıb”.
Məmmədov jurnalistlərlə söhbətdə hələ də insanlar arasında: “ Hardadır Azərbaycanda bu qədər süd? Görəsən süd tozundan istifadə olnurmu?” kimi suallarla rastlaşdığını vurğuladı. Bu işlərlə bağlı ciddi maarifləndimə işləri aparıldığını dedi.: ” Əvvəllər ölkə öz əhalisini südlə təmin edə bilmirdi. Hazırda bu istiqamətdə ciddi işlər görülür. Artıq fermamız böyüyür. İnsanlarımız da bilməlidir ki, ən müasir avadanlıqlar, ən keyfiyyətli süd, ən keyfiyyətli istehsal, ən keyfiyyətli məhsul süfrəyə qədər keyfiyət əsas prinsipimizdir. Bu istiqamətdə də bizim ciddi piara ehtiyacımız var.”Heyvandarlıq Fermasının nəzarətçisinin sözlərinə görə. ferma əvvəlcə 124 baş heyvanla işə başlayıb. 2011- ci ildən bu günə kimi isə heyvanların sayı 700 -ə çatıb. Günlük heyvanbaşı 34 litr süd əldə olunur. Ferma süni mayalanma, embrion köçürülməsinin həyata keçiririlməsi ilə məşğuldur.

Məumat verildi ki, 2015-ci ildən bu yana Almaniyadan, Avstraliyadan, İngiltərədən, Amerikadan həkimlər gətirilib. Kompleksin baş baytar həkimi Rəhim Məmmədovu İrana və Almaniyaya təcrübələri öyrənmək üçün göndərilib. Bu müasir elmi təcrübə, əsasən, Kanada, Avstraliya, Almaniya kimi inkişaf etmiş ölkələrdə həyata keçirilir. Kürdəmir Süd Kompleksi bu təcrübəni öz laboratoriyasında öz mütəxəssisləri ilə davam etdirməyi planlaşdırır. Hələlik bu təcrübə üçün lazım olan hər şey xaricdən gətirilir.Embrionun köçürülməsi ilə bağlı süalları Kürdəmir Süd Emalı Zavodunun Heyvandarlıq Kompleksinin baş baytar həkimi Rəhim Məmmədov daha ətraflı cavablandırdı: “ Fermamıza gətirilən cins heyvanlar soyuq mühitə daha tez adaptasiya olunur, nəinki Azərbaycan mühitinə. Yəni hazırda 34 litr heyvan başına süd Azərbaycan göstəricində bir rekorddur. Hətta Avropanın bir çox ölkələrindən də öndəyik. Azərbaycan mühiti əslində bu heyvanlar üçün çox da əlverişli deyil. Kürdəmir rayonu Azərbaycanın ən isti bölgəsidir. Amma bizim bu fəaliyyətimiz nəticəsində artıq heyvanlar bölgəmizə tamam adaptasiya olublar. Artıq heyvanlardan yüksək məhsuldarlıq əldə edə bilirik. Yeniliklə bağlı isə deyim ki, embrion dişi yumurta hüceyrəsi ilə erkək toxumununn görüşməsindən əmələ gələn bir həftəlik canlıdır. Bu həftəlik canlının embrion transferi nəticəsində bizim seçdiyimiz heyvanlara aid olur. Və bu istiqamətdə biz 2 cür heyvan seçirik . Daşıyıcı ana və donor ana. Əvvəlcə donor analardan embrionları əldə edirik. Bunlar da təsərrüfatda seçilmiş ən çox süd verən, həm də ən sağlam heyvanlardır. Məqsədimiz sürünü qısa müddətdə yüksək süd verən heyvanlarla zəngin etməkdir. Süni mayalanma ilə bir heyvandan ildə bir bala almaq mümkün olursa, yeni təcrübə ilə bir heyvandan 15- 20 bala ala və sürümüzə qata bilirik”.Rəhim Məmmədov dedi ki, bu yolla sürünün sağlamlığı da təmin edilir: “ İsti aylarda süni mayanmada embrionik ölümlər çox olur. Amma embrion transferində bu hal, demək olar ki, yoxdur. Isti aylarda tətbiq etmək daha da yaxşıdır . Hazırda embrionda ikisi doğulub, üçü də hələ doğulacaq. Doğulan buzov başqalarından fərqlənir; cins doğulur. Süni mayalanma ilə doğulanlardan həm boyu, həm çəkisi fərqli – 40-45 kq olur.”Kürdəmir rayon Dövlət Baytarlıq İdarəsindən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi plana uyğun olaraq, “Kürdəmir MMC”- nin heyvandarlıq kompleksində mütəmadoi olaraq, bütün profilaktik tədbirlər gedir. Bu səbəbdən də bu müəssisədə ekoloji təmiz, təhkükəsiz məhsul istehsal olunur. Cavan malların ölüm halları sıfıra enib. Ferma yerli əhalini ət məhsulları ilə təmin edir. Kompleks yaxın zamanlar da damazlıq məqsədilə də lazım olsa xarici bazara çıxa bilər. Qonşu rayonlara da satıla bilər.

Sonra media nümayəndələrini fermanın “Buzov bəslənmə şöbəsi” ilə tanış etdilər. Yeni doğulmuş 15 günlük buzovun və iribuynuzlu heyvanların saxlanma yerləri ilə tanış olduq. Onların necə bəslƏnmələri ilə maraqlandıq. Məlumat verildi ki, bəslənmə zamanı Kompleksin öz istehsalı olan yemlərdən istifadə olunur. 15 günlük balaya əsasən süd, su verilir. Doğulduğu gün anasının südündən içir. 3 gündən sonra qabağına yem qoyulur. Həmin gün yemir, aqzına alib atır. Ancaq dadını hiss edir, maraq oyanır . Bir həftədən sonra yemi yeməyə başlayır.Məlumat verildi ki, Kompleksdə istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilən “Azərsüd”, “SuperMilky” və başqa süd markalalarının istehsalı həyata keçirilir. İllik istehsal gücü 40.000 ton olan müəssisənin xammal təminatı burada qurulmuş yüksək verimli cins mal-qaranın bəsləndiyi təsərrüfat və yerli fermerlərdən alınan süd hesabına təmin olunur.

Gülnarə ƏMİRQIZI
Bakı-Kürdəmir-Bakı


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI