PARADOKS

AKTUAL

İkinci əl avtomobil alanlar, DİQQƏT – Bunları mütləq bilin!

16-02-2018, 21:39
  •     
  • Ölkə |
  •  Oxunma: 63

İkinci əl avtomobil alanlar, DİQQƏT – Bunları mütləq bilin! İkinci əl avtombil alarkən diqqətli olmaq lazımdır.

Çox vaxt qəzaya uğramış avtomobillər incəliklə düzəldilirək bazarda baha qiymətə satılır. Yaxşı qiymətə yaxşı avtomobil almaq istəyənlər təcrübəsizlikdən çox vaxt bu cür satıcıların qurbanına çevrilir. Ona görə də, əksər alıcılar avtomobil alarkən mütləq usta ilə məsləhətləşir.
Avtomomobil ustası Əli Sultanov Metbuat.az-a açıqlamasında ikinci əl avtomobil almaq istəyən sürücülərə bəzi məsləhətlər görür. Usta bildirir ki, bu sahədə təcrübəsi olmayan şəxslərin avtomobili təkbaşına almaları məsləhət görülmür. Çünki satıcılar avtomobil üzərində etdikdəki kosmetik işlərlə alıcıları asanlıqla aldada bilirlər:

“Əvvəllər satıcılar avtomobilin qiymətini artırmaq üçün onun sürüş məsafəsi ilə oynayırdılar. Bilirik ki, avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Azərbaycanda indi o işlə demək olar ki, məşğul olan yoxdur. Cinayət Məcəlləsində bununla bağlı dəyişiklik edilib. Yürüş məsafəsini geri çəkmək birbaşa cinayət hesab edilir.

Avtomat sürət qutusu olan avtomobil alarkən mütləq onu sürüb yoxlamaq lazımdır. Üstəlik, avtomobil bazarın içərisində yox, şəhərdə yoxlanmalıdır. Bazarın içərisində avtomobilin temperaturu soyuq olduğu üçün avtomobil yaxşı işləyir. Qızandan sonra isə problemlər ortaya çıxır. Avtomobili çox vaxt bazarın içərisində sürüb yoxladıqdan sonra alırlar. Lakin bir həftədən sonra onda problemlər ortaya çıxır.

Yeni model avtomobillərdə

Alacağınız avtomobil təzə modeldirsə (2013-2015), onun boyanıb-boyanmadığına baxmaq lazımdır. Boyanıbsa, onun hansı səbədən boyanmasını araşdırmaq lazımdır. Avtomobildə yüngülvari cızıqlar olarsa, onun heç bir qorxusu yoxdur. Lakin çox vaxt deformasiya olunmuş avtomobillər boyanaraq bazarda satışa çıxarılır. Sürücülərin çoxu anlamadığı üçün bu cür oyunlara gələ bilir. Onun üçün avtomobil alarkən mütləq bir mütəxəssislə məsləhətləşmək tələb olunur”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI