PARADOKS

AKTUAL

VAXTSIZ QARA TORPAQDA YATAN ARZULAR

15-02-2018, 17:15
  •     
  • Ölkə |
  •  Oxunma: 85

VAXTSIZ QARA TORPAQDA YATAN ARZULAR



Yenə də dostlarımı köməyə çağırdım, ağ kağız və qələm. Heç kimə söyləyə bilmədiyim dərdlərimi ilk onlarla bölüşürəm. Bu gün yenə bir yarım qalmış talehdən söz açım sizə. Hər birimizin ağrılı dağımız ,yaralı yerimiz olan şəhidlərimiz. Hər bir şəhid bir nəslin tutunacağı, bir valideyinin arxa dayağı, bir ananın canın yarıcı, bir atanın vüqarı, bir gəlinin can yoldaşı, bir qızın sabaha inamı, bir körpənin atalı dünyası idi. Onların gedişi bir can aparmır. Mən şəhidin gedişini bir insan yoxluğu kimi qəbul etmirəm. Şəhidin xəyallarıyla birgə qara torpağa doğmalarının xəyalları da dəfn olunur. Şəhidin gedişiylə onu sevənlərin ruhu cismini tərk edir, onunla birgə arzuları dəfn olunur beləcə quruca gəzən cism dünyanın bütün gözəlliklərindən məhrum olurlar. Gülüşləri saxta, xoşbəxtlikləri yarı, sevincləri bayağı və s. Beləcə yarı yolda qalanların bir neçə saatını sizlərə çatdırıram. 14 fevral Valentin gününü dünyanın bir çox dövlətlərində qeyd edirlər. Bu bayram Sevgililər günü başlığı altında qeyd olunaraq cütlüklərin bayramı kimi qeyd olunur. Roma İmperiyası dövründən bu günümüzə çatan bu bayram bizim xalqın yaddaşınada həkk edilib. TV konallarında və teleradiolarda bu bayramı möhtəşəm şəkildə qeyd edirlər. Bizim balaca fidanlarımız da öz doğmalarına sevdiklərini bildirməyə çalışırlar. Bəlkə də oxucularım düşünəcək kimdir bu az yaşlı qız ? Heydər Əliyev adına Müasir Təhsil kompleksində təhsil alan az yaşlı bir şəhi qızı.
Bəlkə də fikirləşəcəksiniz bu qızın 14 fevral ilə nə əlaqəsi ola bilər?


VAXTSIZ QARA TORPAQDA YATAN ARZULAR



Qəlbində ata həsrət daşıyan Zəhra Vəlizadə atasının yerinə anasını sevindirmək qərarını verir. Zəhra anası üçün rəngli kağızlar və boyalarla gözəl bir əsər yaradaraq anasının ağlar qəlbini sevdirməyə çalışmışdr. Zəhra anasını təbrik edərkən yalnız düşünmüşdür anası atasının yoxluğunu hiss etməsin. O, bunu nə dərəcədə etdi onu yalnız Zəhranın anası bilir.
Kimdir Zəhra Vəlizadənin atası?
O mayor Vəlizadə Urfan Üzeyir oğludur. 2 aprel 2016-cı il Azərbaycan Pespublikasının suverenliyi və ərazı bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərkən həlak olur.
Şəhid Urfan Vəlizadə 13 dekabr 2013-ci ildə "Hərbi xidmətində fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə 24 iyun 2013 -cü il " Azərbaycan Republikası Silahlı Qüvvələrinin 95 illiyi ( 1918-2013) yubleyi medalı ilə, 2016-cı il 19 aprel tarixli 1967 nömrəli Sərəncamı ilə prezident İlham Əliyev, Urfan Vəlizadəni " Azərbaycan Bayrağı" otdeni ilə təltif etmişdir.

P.S. Allah sizə rəhmət etsin şəhidlərimiz.

Almaz İlahə


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI