PARADOKS

AKTUAL

Dünyanın ən dəyərli pasportu hansı ölkənin vətəndaşlarına məxsusdur ?

19-01-2018, 20:41
  •     
  • Ölkə |
  •  Oxunma: 15

Dünyanın ən dəyərli pasportu hansı ölkənin vətəndaşlarına məxsusdur ? 2018-ci il üçün dünyanın ən dəyərli pasportu müəyyən olunub. AzEuroNews.com–un məlumatına görə, bu neçə illərdir üst-üstə birinciliyi əlində saxlayan Almaniya pasportudur.

Artıq 5 ildir dünyanın ən dəyərli pasportu statusunu daşıyan Almaniya pasportu 177 ölkəyə vizasız gediş imkanı verir.

Siyahıda son sıraları 30 və ondan az ölkəyə vizasız giriş imkanı verən Əfqanıstan, Pakistan, Suriya və İraq pasportu bölüşüb.

Siyahıda böyük irəliləyiş qət edən ölkələr sırasında təzəlikcə Avropa Birliyi ölkələrinə vizasız giriş imkanı verən Gürcüstan və Ukraynanın da adı var.

AzEuroNews.com siyahıda ilk onluqda qərarlaşan pasportu dəyərli olan ölkələri təqdim edir:

► Almaniya (177 ölkəyə vizasız giriş)

► Sinqapur (176)

► Danimarka, Finlandiya, Fransa, İtaliya, Yaponiya, Norveç, İsveç, Böyük Britaniya Birləşmiş Krallığı (175)

► Avstriya, Belçika, Lüksemburq, Hollandiya, İspaniya, İsveç (174)

► İrlandiya, Portuqaliya, Amerika Birləşmiş Ştatları (ABŞ), Cənubi Koreya (173)

► Kanada (172)

► Avstraliya, Yunanıstan, Yeni Zellandiya (171)

► Çexiya Respublikası, İslandiya (170)

► Malta (169)

► Macarıstan (168)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI