PARADOKS

AKTUAL

“Nazirlər Kabinetinin qərarı ədalətli hesab oluna bilməz” - İQTİSADÇIDAN AÇIQLAMA

18-01-2018, 13:38
  •     
  • Ölkə |
  •  Oxunma: 53

“Nazirlər Kabinetinin qərarı ədalətli hesab oluna bilməz” - İQTİSADÇIDAN AÇIQLAMA “Nazirlər Kabinetinin qərarı 4 dərəcəyə aiddir, 15 dərəcəyə şamil olumur”

“Hazırkı artım 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur”

Dünən məlumat yayıldı ki, Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl 121), 134 ( əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Bu dəyişikliyə əsas minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub. Beləliklə də, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.
Muxalifet.az xəbər verir ki, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu maaşların artması ilə bağlı iki məqama diqqət yetirib: “Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn, ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki, 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq.
İkincisi, AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatların istisna edilməsi onlarda əməyinin ödənişinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi üzrə 145 manat ödənildiyinə və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur.

“Artımın ilk 4 pilləyə şamil olunması ədalətli sayıla bilməz”

Q.İbadoğlu hesab edir ki, Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməz: “Birincisi, bu artım Vahid Tarif Cədvəlinin yalnız aşağı 4 dərəcəsini əhatə edir. İkincisi, ilk 4 dərəcəyə şamil olunan artımın məbləği hətta rəsmi inflyasiyanın dəyərsizləşdirdiyi 12,9 faizi belə əvəzləmək iqtidarında deyildir. Üçüncüsü, ötən il qeydə alınan 12,8 faiz ümumi, o cümlədən ərzaq məhsulları üzrə 16,4 faiz xüsusi inflyasiyanın nəticəsində əmək haqqının dəyərsizləşməsi yalnız aşağı tarif dərəcələri üzrə deyil, bütün səviyyələrdə müşahidə olunub. Belə olan halda da artımın cüzi olsa da, yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcəni inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz.
Görünür, rəsmilərimiz belə düşünüblər ki, müəllimlərim və həkimlərin əmək haqqı artımına ehtiyacı yoxdur, maaşların hazırkı səviyyəsi onları qane edir”.

Cavid, Müxalifet.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI